Bayram yoxsa işgəncə? - FOTOLAR

2 Oktyabr 2014 16:46 (UTC+04:00)

Hər il olduğu kimi bu il də Taylandın Pxuket vilayətində qeyri-adi tədbir – vegetarian festivalı keçirilir. Bayramda festival iştirakçıları sözün həqiqi mənasında özlərinə işgəncə verməyə hazırlaşırlar.  Bu festival həm vegetarian xörəklərinin müxtəlifliyi, həm də qeyri-adi şou ilə fərqlənir. Küçələrdə nümayişlər təşkil olunur, adamlar inanılmaz "fokus"lar göstərir, bədənlərinə müxtəlif iti əşyalar sancır, od üstündə ayaqyalın gəzir və s. Qeyd etmək lazımdır ki, vegeterian festivalı dini bayramdır. Çünki məhz sentyabrın sonunda allahlar adaya öz xeyir-dualarını göndərirlər. Festivalda, əlbəttə ki, ət olmur, spirtli içkilər isə qadağandır. Movqe.Az bu ilki festival görüsntülərini təqdim edir: