"Number1" mükafatlandırma mərasimi atəşfəşanlıqla bitdi - FOTOLAR

2 Oktyabr 2014 17:06 (UTC+04:00)

Dünən gecə "Number 1" mükafatlandırma mərasimi baş tutub. Möhtəşəm təşkil olunmuş gecədə ölkənin yalnız və yalnız "Number 1"ları məlum olub. "Number 1" "number 1"ları təyin edib. Tural Ozan və Humay Muxtarovanın təşkilaçılığı ilə keçirilən gecəyə qonaqlar "Maserati" markalı avtomobillə yaxınlaşıblar. Uzunluğu 150 metr olan qırmızı xalı üzərinə dəvət olunan qonaqlar bir-bir mükafatlarını alıblar. Mükafat alanlar arasında xalq artisti Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, ekstrasens Aqil Məhərrəmov, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Murad Arif, Lətafət Ələkbərova, prodüser Təranə Səmədova, rejissor Nail Naiboğlu, məşqçi Ceyhun Vəliyev, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Aysel Əlizadə, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Roza Zərgərli, "Bozbash pictures" komandasının aktyorları , jurnalist Fuad Mədətov, Dj Roşka, "Ləziz dad" verlişinin redaktoru Məhəbbət Hacıyeva və başqaları yer alıb. 


Gecə atəşfəşanlıqla yekunlaşıb. 


Fotolara görə, Faiq Səmədova və Eşad Delavariyə  təşəkkür edirik.