Amerikanın tarixindəki ən böyük təbii fəlakət
17 İyul 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerika Birləşmiş
Ştatlarının üçdə ikisi quraqlıq dövrü yaşamaqdadır. Artıq 26
əyalətdə yaşanan quraqlıq ölkə tarixinin ən böyük təbii fəlakəti
olaraq qeydə alınıb. Göl və çayların suyu quruyarkən mindən çox
bölgədə təbii fəlakət elan edilib. Xüsusilə orta-qərb əyalətlərində
quraqlıq son 55 ildir görülməmiş ölçülərə çatır. Bu ştatlarda
məhsulun 60 faizdən çoxu zərər görmüş vəziyyətdədir.
Bu məhsullar heyvan yemləri də olduğu üçün çətinliyin
ölçülərinin böyüməsindən narahatlıq edilir.
Quraqlığın səbəbinin Böyük Okeanda müşahidə edilən dəniz səthi
istiliyini azaldan La Nina iqlim hərəkətinin
xüsusiyyətləri olduğu yazılır. Yağış buludlarının ölkənin
cənubuna çatmadan şimala yönəlməsinə gətirib çıxaran La Nina təsiri
qlobal istiləşməyə gətirib çıxarır.