Qızlar yaşlı valideynlərinə daha diqqətlidir

3 Oktyabr 2014 09:36 (UTC+04:00)

Alimlər müəyyən ediblər ki, qocalıq dövrü qız valideynləri üçün daha rahatdır. Onlar hesablayıblar ki, yaşlı valideynlərin qızları onlara ayda, orta hesabla, 12,3 saat vaxt sərf edir. Oğlanlar isə, cəmi 5,6 saat.

Genişmiqyaslı araşdırma ABŞ-da keçirilib. O, iki il davam edib və 50 yaşdan yuxarı 26 min adamı əhatə edib.

Iştirakçılardan alınmış cavablar əsasında bu nəticəyə gəlinib: yaşlı adamların qızları onlara oğul sahibi olan valideynlərdən iki dəfə qayğı göstərirlər. Əgər ailədə qız və qğlan vardırsa, bu tendensiya qalır. Və bu halda da qızlar valideynlərinə öz qardaşlarına nisbətən iki dəfə artıq diqqət yetirirlər.