Neft bahalaşıb

3 Oktyabr 2014 11:02 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,75 dollar artaraq 1 barelə görə 91,76 dollar təşkil edib.

 

APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,60 dollar yüksələrək 94,02 dollar olub.