Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar

3 Oktyabr 2014 11:30 (UTC+04:00)

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. 


Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.