Hindistanda təmizlik səfərbərliyi

3 Oktyabr 2014 11:41 (UTC+04:00)
Hindistanda milyonlarla insan təmizlik üçün səfərbər olub. Movqe.az xəbər verir ki, baş nazir Narendra Modi, Qandinin doğum il dönümündə başlatdığı kampaniyaya küçə süpürərək qatılıb. Ölkənin təmizlik mövzusundakı imicini dəyişdirməyi məqsəd qoyan kampaniya 5 il davam edəcək. 1.2 milyard əhalinin yarısından çoxunun tualetinin olmadığı ölkədə minlərlə ümumi tualet tikiləcək.