Rusiyaya 6 ayda 57 milyon hakker hücumu edildi

3 Oktyabr 2014 12:20 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev, 2014-cü ilin ilk altı aylıq dövründə Rusiya internetinə 57 milyon dəfə hücum reallaşdırıldığını açıqlayıb. Movqe.az xəbər verir ki, Patruşev, Soçi Olimpiadaları və Krım hadisələri və Şərqi Ukrayna böhranı səbəbi ilə hücumların əhəmiyyətli ölçüdə artdığını söyləyib. Rusiyaya 2010-cu ildə bu istiqamətə hakker hücumu isə 90 milyonu keçib.