Şəkidə 18 yaşlı gənc biləyini kəsib

3 Oktyabr 2014 12:40 (UTC+04:00)

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 02:00 radələrində Şəki şəhəri 17-ci rayon, Şərbablar küçəsi 45 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Murad Mustafa oğlu Paşayev bədəninin boğaz nahiyəsinin sıyrılmış, hər iki biləyinin isə qismən kəsilmiş yaraları ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

 

Həkim araşdırmasından sonra məlum olub ki, 18 yaşlı Murad Paşayev intihar etmək məqsədilə hər iki qolunun bilək nahiyəsinə ülgüclə xəsarət yetirib, daha sonra isə özünü asmaq istəyib. Son anda ölümün pəncəsindən valideynləri tərəfindən xilas edilən Murad Paşayev xəstəxanaya çatdırılıb.

 

Gecə saatlarında Şəki rayon hüquq-mühafizə orqan əməkdaşlarının Murad Paşayevlə apardıqları ilkin sorğu zamanı o, hansı səbəbdən intihar etmək istəməsi barədə ifadə verməkdən imtina edib. Həkimlərin səyinə baxmayaraq, xəstəxanada qalmaqdan imtina edən Murad Paşayev evə gedərkən valideynlərinə yenidən intihar edəcəyini deyib.

 

Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.