Natəvan Həbibi Aygün Kazımovaya, Tolik və Zorikə məhkəmədə ...
3 Oktyabr 2014 14:00 (UTC+04:00)
Müğənni Natəvan Həbibi xalq artisti Aygün Kazımovaya, prodüsserlər
Tolik və Zorikə məhkəmədə qalib gəlib. Mövqe.az xəbər verir ki,
müğənni bu barədə özü məlumat verib: " Haqq həmişə qalib gəlir,
deyirlər. Bu məhkəmə prosesində bir daha təsdiqləndi. İndiyənə kimi
adlarını dilimə gətirmədiyim şəxslərə - Aygün Kazımovaya, Tolik və
Zorikə məhkəmədə qalib gəlmə xəbərimi vəkilim söylədi. Mən
susmuşdum qanun danışsın bu da son qərar. İndi onlar atdıqları
şər-böhtana görə, qanun qarşısında cavab verəcəklər".