"Gənclərə hər zaman dəstək olmaq lazımdır" - Elçin

3 Oktyabr 2014 16:48 (UTC+04:00)
Müğənni, bəstəkar Elçin Cəfərov maraqlı açıqlaması ilə gündəmə gəlib. Mövqe.az xəbər verir ki, müğənni hər zaman ondan sonra səhnəyə gələnlərə dəstək olduğunu açıqlayıb: 


"Gənclərə hər zaman dəstək olmaq lazımdır. Çünki gələnlər də Azərbaycanlı balalarıdır. Onların yolunu kəsmək əvəzinə, gəlin dəstək olaq. Təzə gələni baltalamaq olmaz. Gündəmdə də laiqli qalmaq lazımdır".