"Azərbaycan" İntellektual Oyunlar Klubu turnirlərinə davam edir

3 Oktyabr 2014 16:43 (UTC+04:00)

"Azərbaycan" İntellektual Oyunlar Klubu bu mövsüm də öz turnirlərinə davam edir. Oktyabr ayının 5-də saat 12:00-da Şərq Otelində təşkil olunacaq "Nə? Harada? Nə zaman?" - OSİP turniri keçiriləcək. Turnir 3 mərhələ olmaqla 36 sualdan ibarət olacaq.

OSİP haqqında məlumatsız olanlar üçün qeyd edək ki, bu, "Nə? Harada? Nə zaman?" oyununun fərdi versiyada oynanılan növüdür və iştirakçılar komanda şəklində deyil, fərdi şəkildə mübarizə aparırlar. Sual paketinin müəllifləri: Səbuhi Göyüşov, Aytəkin Əsədzadə, Eşqin İbrahimov, Tərlan Əsədli, Rahib Məhərrəmzadə Turnirdə iştirak etmək istəyənlər sadəcə bu tədbirə qoşulmaqla qeydiyyatdan keçə bilərlər. 

https://www.facebook.com/events/927651257262859/?fref=ts

"Azərbaycan" İntellektual Oyunlar Klubu 29 aprel 2012-ci ildə təsis olunmuşdur. Fəaliyyət sahəsi çərçivəsində paytaxt və regionlarda yeniyetmə və gənclər arasında müxtəlif intellektual formatlar üzrə mütəmadi olaraq yarış və turnirlər təşkil edir. Artıq üçüncü mövsümdür ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 9 ali təhsil müəssisəsini əhatə edən Azərbaycan və rus dillərində sinxron çempionatın təşkilatçısıdır.

Klub eyni zamanda, Azərbaycan İntellektual Klublar Assosiasiyasının üzvüdür.