Yekaterinburqda azərbaycanlı qardaşlar arasında silahlı insident baş verib

3 Oktyabr 2014 16:49 (UTC+04:00)

APA-nın Rusiya bürosunun xəbərinə görə, hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. İnsidentdə istifadə olunan "Sayqa" markalı silah polis tərəfindən götürülüb.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, silahı insidentin iştirakçıları qardaşlardır. Onların Azərbaycandan iş dalınca Yekaterinburqa gəldiyi bildirilir. Silahdan atəş açan 1977-ci il təvəllüdlü şəxs olub. Yaralananlar isə onun 1975 və 1985-ci il təvəllüdlü qardaşlarıdır. Hadisə "Xanoy" Ticarət Mərkəzində baş verib. Qardaşların pul üstündə mübahisə etdiyi məlum olub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.