Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz radioaktiv materiallar saxlanılır

3 Oktyabr 2014 18:44 (UTC+04:00)

 Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi həmin torpaqlarda radioaktiv materialların daşınması və qanunsuz saxlanılmasına şərait yaradır. Bu barədə jurnalistlərə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün iri beynəlxalq tədbirlərdə bu məsələni qaldırır: "Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının köhnəlməsi və olduqca təhlükəli zonada yerləşməsi də daim dünya ictimaiyyətinin diqqətinə çatdırılır".

V.Hüseynov qeyd edib ki, bu, Azərbaycan və bütün region üçün təhlükə törədir.