Bayram izdihamında 32 nəfər öldü
4 Oktyabr 2014 11:17 (UTC+04:00)
Hindistanda yerlilərin qeyd etdiyi Duşera bayramın
da meydana gələn izdiham ölümlə nəticələnib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Dehlinin 1 000
km şərqində yerləşən Bihar əyalətinin paytaxtı Patnada baş
verib.
İzdihamın, hindu krallarından olan Ravananın şəkillərinin
yandırılmasından sonra baş verdiyi bildirilir.
İzdiham nəticəsində 32 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən
xəsarəti alaraq Patna universiteti tibb fakültəsi xəstəxanasına
çatdırılıb.
Duşera hindistanlıların qeyd etdiyi ən əhəmiyyətli bayramlardan
biridir.
Qeyd edək ki, bu il Hindistanda qeyd edilən müxtəlif bayramlarda
meydana gələn izdihamlarda 160 nəfərdən çox ölən olub.