İŞİD-in Kobanidəki mövqeləri bombalandı

4 Oktyabr 2014 14:01 (UTC+04:00)

ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə aid təyyarələr, IŞİD-in Kobanidəki mövqelərini bombalayıb.

 

Movqe.az publika.az-a istinadən xəbər verir ki, hücumda IŞİD-in istifadə etdiyi tanklar  və qərargah binası hədəfə alınıb. Nəticədə 1 qarnizon və 2 tank məhv edilib. Hava hücumundan sonra meydana gələn partlayış Türkiyənin sərhəd kəndlərindən aydın müşahidə olunub.

 

Qeyd edək ki, bu gün koalisiya qüvvələri terrorçulara qarşı 6-sı Suriyada, 3-ü İraqda olmaqla 9 hava hücumu təşkil edib. Terrorçuların xeyli sayda canlı qüvvə və hərbi texnika itirdiyi bildirilir.