Malena Mard xalqımızı bayram münasibəti ilə təbrik etdi
4 Oktyabr 2014 18:05 (UTC+04:00)
Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Aİ-nın
Azərbaycandakı Nümayəndəliyi sosial şəbəkədəki səhifəsində məlumat
verib.
M.Mard qeyd edib: "Azərbaycan xalqını Müsəlmanların müqəddəs
bayramı - Qurban bayramı münasibəti ilə təbrik edirəm. Bütün
Azərbaycan vətəndaşlarına firavan həyat və cansağlığı
arzulayıram".
Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri
olan müqəddəs Qurban bayramı qeyd edilir.
İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan
bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları
qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan
fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir.
Qurban bayramı müsəlman təqviminin (hicri-qəməri təqvimi) 12-ci ayı
olan Zilhiccə ayının 10-cu günü Məkkədə həcc dövründə qurbanlıq
heyvanların kəsilməsi şəklində qeyd olunur.