"Chelsea"nin baş məşqçisiJoze Mourinyo Diyeqo
Koştabarəsində məsləhətininDel
Bosketərəfindən etina edilməməsinə toxunub.
Movqe.az qol.az-a istinadən xəbər verir ki, portuqal məşqçi hər
şeyə rəğmən, Koştaya İspaniya millisinin düşərgəsinə getməyə mane
olmayacağını bildirib.
"Diyeqonun İspaniya millisinə çağırılmağı barədə xəbərə reaksiyam normal oldu. Çünki bunu gözləyirdim. Mənim üçün təəccüblü nəsə baş vermədi".
Mourinyo həmçinin forvardı İspaniya millisinin oyununa görə
"Arsenal"a qarşı derbi matçında ehtiyatda saxlamayacağını dilə
gətirib.
"Düşünürəm ki, Koşta üçün 1 həftədə 3 oyun çoxdur. Amma o, bunu etməlidir. Mən onu milli komanda üçün qorumaq fikrində deyiləm. "Arsenal"la qarşılaşmada Koşta meydanda olacaq".