UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

4 Oktyabr 2014 21:11 (UTC+04:00)

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr"ə cəza tətbiq edib.

Movqe.az qol.az-a istinadən xəbər verir ki, buna Ukrayna təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda "İnter"lə matçda irqçi şüarlar səsləndirməsi və məşəl yandırması səbəb olub. Buna görə də "Dnepr"in növbəti - "Qarabağ"la matçında stadionun B 41 sektoruna azarkeş buraxılmayacaq. Bundan başqa, həmin sektora "Rasizmə yox" banneri yerləşdirəcək.

"Dnepr" həmçinin UEFA-ya 24 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də keçiriləcək.