Azərbaycanda təbiət möcüzəsi
4 Oktyabr 2014 22:04 (UTC+04:00)
Təbiət həmişə öz şıltaqlığı ilə insanları heyrətləndirir.
Movqe.az milli.az-a istinadən bildirir ki, yayda uzun
müddət hökm sürən quraqlıqdan sonra qurumaqda olan ağaclar,
təəccüblü də olsa, payızda çiçəkləyib. Qaxın Güllük kənd sakininin
həyətyanı sahəsində çiçək açan gilas ağacı görənlərin də marağına
səbəb olub. Kəndin digər ərazisində meyvə bağlarının birində isə
alça ağacı çiçəkləyib.
Gavalı, alma və digər ağaclarda da oxşar hal müşahidə olunub. Kənd
sakinləri bu fenomal hadisəni yayda müşahidə olunan quraqlıqla
əlaqələndirirlər. Onların sözlərinə görə, yayda yarpaqlaya bilməyən
ağaclar yağışların yağması ilə yenidən canlanıb.
Mülayim havanın təqribən bir ay davam edəcəyi təqdirdə ağacların
bar verəcəyi də istisna olunmur.