Sabiq “Berkut” komandiri axtarışa verildi

4 Oktyabr 2014 22:07 (UTC+04:00)

Ukraynada xüsusi təyinatlı "Berkut" dəstəsinin keçmiş komandiri Dmitri Sadovnik axtarışa verilib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Geraşenko öz facebook səhifəsində yazıb:

"Maydan hadisələri zamanı kütləvi qətllərdə suçlanan Dmitri Sadovnik dünən axşamdan yoxa çıxıb. Onu axtarışa vermişik."

Qeyd edək ki, sabiq xüsusi təyinatlıya ev məhbusluğu verilmişdi. Geraşenko deyib ki, bundan sonra məhkəmə orqanları ağır cinayətlər törətmiş şəxslərə ev məhbusluğu verərkən diqqətli olmalıdırlar.