İŞİD məhv edildi

5 Oktyabr 2014 10:19 (UTC+04:00)

ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri İŞİD-ə qarşı yeni hava hücumu reallaşdırıb.


Movqe.az Axar.az-a istinadən  xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığından verilən açıqlamada Suriyada yerləşən İŞİD hədəflərinə 9, İraqda isə 5 yeni hava hücumu təşkil olunub.


Əməliyyat zamanı Türkiyə ilə sərhəd cənubi və şərqi Kobanidə İŞİD-in nəzarət etdiyi böyük bir sahə və terrorçulara məxsus çoxlu sayda artilleriya məhv edilib.


İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də qoşulduğu hava hücumunda ABŞ Silahlı Qüvvələri və donanmasına aid təyyarələrdən istifadə olunub.