Latviyada müxalifət öndədi

5 Oktyabr 2014 11:17 (UTC+04:00)

Latviyada respublika seyminə (parlament) keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Latviya Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamalarına görə seçkilərə müxalif "Razılıq" partiyası liderlik edir. İlkin hesablamalara görə, seçkilərdə daha çox üç partiya "Razılıq", "Yaşıllar və kəndlilər bloku və "Birlik" partiyası səs toplayıblar. 1054 seçki məntəqəsindən 787-də səslərin 24,25faizini "Razılıq", 20,68fazini "Yaşıllar və kəndlilər", 20,36fazini isə "Birlik" toplayıb.

Səslərin hesablanması bu gün başa çatdırılacaq və ilkin nəticələr elan ediləcək. MSK seçkilərin yekun nəticələrini və seymə seçilmiş deputatların siyahısını seçkilərdən sonra üç həftə ərzində açıqlayacaq.