"Buranova Nənələri" Krasnodarda sel nəticəsində dünyasını dəyişənlərin xatirəsinə şam yandırıblar
17 İyul 2012 17:09 (UTC+04:00)
Movqe.Az xəbər verir ki," Avroviziya
2012"mahnı müsabiqəsinin Rusiya təmsilçiləri "Buranova Nənələri"
Krasnodarda sel nəticəsində dünyasını dəyişənlərin xatirəsinə şam
yandırıblar. "Buranova Nənələri" fəxri qonaq kimi 21-ci
festival "Slavyan Bazarı" nın açılış mərasimi üçün Vitebskə dəvət
alıblar. Onlar üçün Vitebksdə ən yaxşı yer kirayə edilib. Daha
sonra "Buranova Nənələri" şəhərin ən qədim məbədini ziyarət
ediblər. Xeyli vaxt məbəddə qalan nənələr Krasnodarda təbii fəlakət
nəticəsində ölənlərin ruhuna dua edib, şam yandırıblar.
Nənələrdən biri ,Natalya Yakovlevna ah çəkərək : " Allah heç
kimə belə dərd göstərməsin" deyib.
