Gəncədə "Fiat" yandı

5 Oktyabr 2014 13:08 (UTC+04:00)
Gəncədə yanğın hadisəsi qeydə alınıb.Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nizami rayonunda "Fiat" markalı minik avtomobilində baş verib.

Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.