15 Çin vətəndaşından ibarət gəmi qəzaya uğradı

5 Oktyabr 2014 14:19 (UTC+04:00)
Çin vətəndaşlarından ibarət heyətlə gəmi Saxalin sahillərində qəzaya uğrayır.

Movqe.az Trend-ə istinadən xəbər verir ki , Rusiya FHN-in Saxalin vilayəti üzrə Baş İdarəsi bu barədə məlumat yayıb.

İlkin məlumatlara görə, "NANO 2" gəmisi borular daşıyıb, gəmidə 15 nəfər heyət üzvü var.

Qəzaya uğrayan gəminin "SOS" siqnalı səhər daxil olub, hadisə yerinə Mi-8 helikopterin uçuşu planlaşdırılıb.