"Avatar " filmi plagiatdır

17 İyul 2012 18:19 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Saxa (Yakutiya) Respublikasının Mədəniyyət Nazirliyi ,  "Avatar "  filminin rejissorunu plagiatlıqda təqsirləndirir. Mədəniyyət Nazirliyin sözlərinə görə, filmdə Pandora planetinin sakinlərinin "Dünya ağacı"nda yaşaması fikri, Yakutiyalıların "Olonxo" epik poemasından götürülüb.  "Olonxo" epik poemasında "Dünya ağacı " kainatın  mərkəzini,   "Avatar "  filmində isə "Ağac" evi təmsil edir.Həm yakutların, həm Avatarın sujet xəttində baş verən hadisələr "Böyük Ağac"ın ətrafında baş verir. Daha bir oxşarlıq isə ondadır ki, həm yakutlar, həm də Avatar filmindəki qəhrəmanlar təcavüzkarların mübarizəsindən qorunmağa çalışırlar.