Naxçıvan silkələndi
5 Oktyabr 2014 18:11 (UTC+04:00)
Bu gecə Naxçıvan Muxtar Respublikasının şərq rayonlarında zəlzələ
hiss edilib.
Movqe.az-ın Milli.az-a istinadən xəbərinə görə, zəlzələnin
gücü kiçik olduğuna görə, heç bir dağıntı və tələfata səbəb
olmayıb.
Zəlzələnin episentri Ermənistanın Qafan rayonunda yerləşən Qacaran
şəhərindən 10 kilometr şimala düşüb. Zəlzələ mərkəzində təkanların
gücü 2-3 bal təşkil edib.
Zəlzələ mərkəzi yer səthindən 10 kilometr aşağıda olub.