ABŞ etiraf etdi: Rusiyaya məğlub olduq

5 Oktyabr 2014 20:09 (UTC+04:00)

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bumeranq təsiri etdiyini açıqlayıb.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, Nuland verdiyi açıqlamada Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bir çox Avropa dövlətinə mənfi təsir etdiyini deyib:

"Sanksiyaların Rusiyaya qarşı tətbiq olunması sadə bir iş deyil. Bir çox Avropa dövləti bundan əziyyət çəkir. Amma buna baxmayaraq, sanksiyalar davam edəcək. Nə vaxt Minsk protokolu tətbiq olunsa, biz də o zaman sanksiyaları aradan qaldıracağıq".