Küsmәk qan tökmәk kimidir

5 Oktyabr 2014 23:01 (UTC+04:00)

Movqe.az quranevi.az-a istinadən bildirir ki, Peyğәmbәr (s) buyurub: "Hәr kәs üç gündәn artıq din qardaşı ilә küsülü qalsa vә bu halda ölsә, cәhәnnәmә gedәr." ("Nәhcül-fәsahә", sәh. 572) "Hәr kәs bir il din qardaşı ilә küsülü qalsa, elә bil onun qanını töküb." (Hәmin, sәh. 593) "Bazar ertәsi vә cümә axşamı rәhmәt qapıları açılır. Müşriklәrdәn başqa hamının günahı bağışlanır. Amma din qardaşı ilә düşmәnçilik edәn isә bağışlanmayacaq." (Hәmin, sәh. 595)

"Hәr kәs әrlә arvadın arasında sülh yaratmağa çalışsa, Allah ona min şәhidin savabını verәr. Bu işdә atdığı hәr addıma görә Allah ona bir ilin ibadәtinin savabını (gecәlәr ibadәt, gündüzlәr oruc tutan) verәr." ("Vәsailüş-şiә", c. 16, sәh. 344)

Üç gün küsülü qalmağın günahı

İmam Baqir (ә) buyurub: "Әgәr iki mömin üç gün bir-biri ilә küsülü qalsa, üçüncü gün mәn onlara nifrәt edәrәm. Dedilәr: Mümkündür onlardan biri günahsız olsun. Buyurdu: O, gәrәk müqәssirin yanına gedib özünü müqәssir kimi göstәrib onunla barışsın." ("Xisal", sәh. 210)

İmam Sadiq (ә) buyurub:

"Mәlundur, mәlundur o kәs ki, ondan barışmaq xahiş oluna, amma o qәbul etmәyә." ("Vәsailüş-şiә", c. 16, sәh. 270)

Peyğәmbәr (s) buyurub: "Hәr kәs icazәsiz qardaşının mәktubuna baxsa, elә bil cәhәnnәmә baxır." (Hәmin, sәh. 58)

"Hәr kәs iki nәfәrin arasında sülh yaratmağa çalışsa, Allahın mәlәklәri ona salam vә rәhmәt göndәrәr vә ona Qәdr gecәsinin savabı verilәr." (Hәmin, c. 18, sәh. 441)

Davanı tәrk etmәyin savabı

Peyğәmbәr (s) buyurub: "Hәr kәs davanı tәrk etsә, (özü haqlı olsa da belә) cәnnәtin әn yaxşı yerindә onun üçün bir ev tikilәr." ("Biharul-әnvar", c. 2, sәh. 139)

"İnsan çәkişmә vә davanı tәrk etmәyincә hәqiqi iman qazana bilmәz. Әgәr özü haqlı olsa da belә." (Hәmin)

İmam Rza (ә) buyurmuşdur: "Alimlәrlә cahilcәsinә mübahisә vә dava etmәyin ki, sizi özlәrindәn uzaqlaşdırmasınlar. Nadanla da dava etmәyin ki, onların cahil hücumlarına mәruz qalmayasınız." (Hәmin, sәh. 137)

Hәzrәt Әli (ә) buyurub: "Düşmәnçilik vә kindәn uzaqlaşın ki, şәkk-şübhә yaradar vә saleh әmәli mәhv edәr." (Hәmin, sәh. 135)

İmam Sadiq (ә) buyurub: "Hәr kәs müsәlmanın üzünә vә başına әtir vursa, Allah onun hәr bir tükünün müqabilindә qiyamәtdә hәmin әtir vuran üçün bir nur yazar." ("Sәvabul-әmal", sәh. 327)

Peyğәmbәr (s) buyurub: "Hәr kim mömini narahat edib qәmlәndirsә, bu işinә görә dünyanı kәffarә kimi versә dә belә kifayәt etmәz." ("Camiül-әxbar", sәh. 416)

Əhməd Dehqanın "Qırx məclis, min hədis" kitabından çevirdi: Ramil Əzimov