Ermənilər atəşkəsi yenidən pozdular

6 Oktyabr 2014 13:07 (UTC+04:00)

Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam ediblər.

Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.