İsrail - Fələstin danışıqları yenidən başlayır

6 Oktyabr 2014 14:01 (UTC+04:00)

İsrail və Fələstin arasında uzunmüddətli atəşkəsə nail olmaq üçün bayramdan sonra danışıqlara başlanacaq.Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Həmas yetkilisi Salah əl-Berdevil açıqlama verib. Onun sözlərinə görə, danışıqlar Misirdə aparılacaq.

Danışıqlarda müzakirə ediləcək məslələr barədə razılığa gəlindiyini deyən Berdevil, əsasən liman, hava limanı, əsirlərin mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılacağını deyib.

Qeyd edək ki, İsrailin illərdir mühasirədə saxladığı Qəzzaya 7 İyulda başlatdığı və 51 gün davam edən hücumları zamanı 2 min 157 adam həlak olub, 11 mindən çox adam yaralanıb, 17 min 200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılıb.