Tənha insanlar üçün kreslo
6 Oktyabr 2014 14:12 (UTC+04:00)
Tokioda beynəlxalq sərgidə "Unicare" şirkəti tənha ahıl insanlar
üçün yaradılmış kreslonu təqdim edib.
Movqe.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, kreslonun
söykənəcəyi uzun əlləri olan gülən kukla şəklində
hazırlanıb.İstehsalçılar iddia edirlər ki, kreslo heç kəslə
qucaqlaşa bilməyən tənha insanlara təsəlli verə bilər.Qiyməti
təqribən 420 dollar olan kreslo əlil arabasında olanlara da
uyğunlaşdırıla bilər.