Azərbaycanda həbsxanada ölüm

7 Oktyabr 2014 11:54 (UTC+04:00)

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.

 

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilən, 1980-cı il təvəllüdlü Sabir Quliyev müalicə aldığı müəssisədə dünyasını dəyişib.


Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.