Müdafiə Nazirliyininin məlumatına görə, erməni silahlı bölmələri
dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Novruzlu, Goranboy
rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino və Füzuli
rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən
mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.