Daşıyıcı anaya "yox" dedilər

7 Oktyabr 2014 17:14 (UTC+04:00)

Fransanın paytaxtı Paris və Bordeauxdan bir gün əvvəl təşkil edilən nümayişlərdə on minlərlə insan, "süni mayalanma" və "daşıyıcı ana" üsuluyla körpə sahibi olunması ilə əlaqədar layihəyə qarşı çıxıb. 


Movqe.az xəbər verir ki, "Manif pour Tous" (Hamı üçün hərəkat) adlı qrupun təşkil etdiyi gedişə qatılanlar, homoseksual cütlərin "daşıyıcı ana" üsulu ilə uşaq sahibi olmalarına qarşı olduqlarını söyləyib. Ənənəvi ailə dəyərlərinə hörmət göstərilməsini istəyən nümayişçilər, "Daşıyıcı anaya xeyr", "Qadın körpə maşını deyil" şüarlarını atıb.