Gün ərzində Respublikada baş vermiş hadisələr

17 İyul 2012 20:06 (UTC+04:00)

Gün ərzində baş vermiş hadisələr


17 iyul 2012-ci il saat 18:00-dək ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhərində yerləşən "Xatimə" şadlıq sarayının həyətində ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Şadlıq sarayı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

17 iyul 2012-ci il saat 17:00-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:00-da başa çatmışdır.

17 iyul 2012-ci il saat 16:40-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:40-da başa çatmışdır.

 

17 iyul 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:05-də başa çatmışdır;

Şimal Regional Mərkəzinin inzibati ərazisində hava şəraitinin yağışlı keçməsi ilə əlaqədar Quba rayonunda bəzi fərdi yaşayış evlərinin və həyətyanı sahələrin yağış suları ilə qismən dolması müşahidə olunmuşdur. Yağış sularının çəkilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunmuşdur. Əməliyyat saat 13:10-da başa çatmışdır;

Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus ərazidə ümumi sahəsi 30 kv.m olan vaqonun yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq, vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:14-də başa çatmışdır;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 13 km aralı) Bakı-Gəncə yolunun kənarında 10 ha sahədə quru ot yanmışdır. Ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Zəhmətabad kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşlara məxsus ərazidə 4 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:13-də başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizdə və Mingəçevir su anbarında (iki halda xilasetmə məntəqəsinin ərazisində, bir halda nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 10-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:50-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının liftində 2 nəfər, o cümlədən 1 uşaq köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:40-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Çuxurazəmi kəndi yaxınlığında "İstisu" adlanan əraziyə gedən yol bağlanmış, orada olan çoxlu sayda insan köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən "KAMAZ" markalı 2 yük avtomobili hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yol güclü yağışlar nəticəsində yaranan sel sularının dağlardan gətirdiyi töküntülərlə (lil, daş və qaya parçaları və s.) örtülmüşdür. Aidiyyəti qurumlarla birgə yol töküntülərdən təmizləmiş, avtomobillərin hərəkəti bərpa olunmuşdur;

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 4 kv.m sahədə və talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissələri, həmçinin, yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 28 kv.m sahədə və çardağına yığılmış 6,3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik olan kommunal tipli yaşayış binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Ocaqlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı köməkçi tikili və yaşayış evi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Dəlləkli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan 2 otaq və aynabənddən ibarət birmərtəbəli evdə tavanın yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İmişli rayonunda "QAZEL" markalı yük avtomobili ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü yaralanmış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 07:15-də başa çatmışdır.


F.H.Nazirliyi