Ebola virusuna bu ölkələr yoluxacaq – Şok siyahı

7 Oktyabr 2014 13:15 (UTC+04:00)

Oktyabrın sonlarında Ebola virusu Böyük Britaniya və Fransa kimi ölkələrə yoluxacaq.Movqe.az xəbər verir ki, bunu amerikalı alimlər söyləyiblər.Bostonun Şimal-Şərq Universitetinin professoru Aleks Vespinyaninin araşdırmasına görə, bu virusun Fransada yayılma riski 75%, Böyük Britaniyada isə 50% təşkil edir. Bundan başqa, Belçika, İspaniya və İsveçrə kimi ölkələr də risk altındadır.Qeyd edək ki, afrika virusu olan ebolaya qarşı effektiv vaksin hələ ki mövcud deyil.