Sürücülərə xəbərdarlıq!

7 Oktyabr 2014 14:25 (UTC+04:00)

Sabah Azərbaycanda rəsmi iş günlərinin başlaması ilə əlaqədar yol polisi sürücülərə xəbərdarlıq edib. 


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, sürücülər bacardıqları qədər səbrli olmalıdırlar.


"Lazımsız yerlərdə siqnallardan istifadə etmək olmaz. Sürət həddini keçmək böyük faciəyə gətirib çıxara bilər. Yolarda lazımsız yerə ötmə əməliyyatları keçirməsinlər. Xüsusən yağışlı havada diqqətli olsunlar. Yolda hərəkət edərkən suyu, palçığı piyadaların üstünə sıçratmasınlar. Qəfil əyləcdən istifadə etməsinlər", - deyə Vaqif Əsədov bildirib.


Yol polisionu da əlavə edib ki, məktəblərin başlaması ilə əlaqədar yaradılan süni tıxacın da qarşısını almaq sürücülərin əlindədir: "Çalışıb təhsil müəssisələrinin qarşısında avtomobil saxlamaq olmaz. Məktəb qarşısında 5 dəqiqə maşın saxlamaqla, böyük tıxaca səbəb ola bilər".


Vaqif Əsədov sürücülərə qış mövsümünün gəlişilə əlaqədar da xəbərdarlıq etməyi unutmayıb. Onun sözlərinə görə sürücülər qışa hazır olmalıdırlar: "Avtomobillərin təkərləri yenilənməlidir. Avtomobildəki nasazlıqlıqlar aradan qaldırılmalıdır. Maşınlaırn şüşə silənləri təmizlənməlidir".