Moskvada Türkiyə təyyarəsinə lazer hücumu

8 Oktyabr 2014 01:47 (UTC+04:00)

Moskvanın beynəlxalq Vnukovo Aeroportunda naməlum şəxslər Türkiyəyə məxsus sərnişin təyyarəsinin pilotlarını çaşdırmaq üçün onların gözünə lazer işığı salıb.Movqe.az xəbər verir ki, bu barədə məlumatı aeroportun rəhbərliyi verib. Rəhbərliyin verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib: "Türkiyədən Moskvaya gələn iki təyyarəyə belə bir hücum olub. Hər iki təyyarə "Boinq" tiplidir. Hücum 10-12 kilometr məsafədən olub. Məqsəd pilotların fikrini yayındırmaq və qəza baş verməsi olub. Buna baxmayaraq pilotlar təyyarələri uğurla yerə endirə biliblər".
Hadisə ilə bağlı araşdırma aparılır.