Lənkəranda avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var

8 Oktyabr 2014 10:53 (UTC+04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Zərifə Əliyeva keçəsində qeydə alınıb.

 

Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Şəhriyar Etibar oğlu Kazımovun idarə etdiyi "VAZ-2107" markalı, 42 BS 177 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarə etməni itirərək, yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsiri nəticəsində avtomobilin sərnişinləri - Lənkəran şəhər sakini, 1957-ci il təvəllüdlü Validə Ağa qızı Quliyeva və 1962-ci il təvəllüdlü Xatirə Muxtar qızı İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, V.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. X.İsmayılovaya isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

 

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.