"Zamanla hər şey dəyişir"- Türkiyədə yaşayan İradə İbrahimova

8 Oktyabr 2014 11:41 (UTC+04:00)

Müğənni İradə İbrahimovanın Türkiyə piar kampaniyası başlayıb. Mövqe.az xəbər verir ki, ilkin olaraq, söz və musiqisi Şəhrizata, aranjemanı Ozan Çolaqoğluna məxsus "Olmamalıydı" mahnısı türk radiolarında səsləndirilir. Bu günlərdə 5 mahnıdan ibarət max-sinql buraxılacaq.


Müğənni açıqlamasında onu da qeyd edib ki, Sərdar Ortacın retro mahnılarında biri yeni tərzdə hazırlanıb, alboma daxil edilib. Bu işdə də, Ozan Çolaqoğlunun əməyi var. Eyni zamanda Minayə İbrahimova, Günel Sərdarqızının yeni aranjemanda və türk dilinə çevrilmiş mahnıları sinqlda yer alıb. Günelin mahnısını sözlərini Türkiyədə məhşur olan söz adamı Günay Çoban yazıb. Növbəti yəhudi mahnısı "Sənələr" adlanır, Sarit Xadad bəstələyib, sözləri İsra Gülümsərə məxsusdur. İradə xanım bildirdi ki, bu mahnıya klip çəkilib. Daha bir ekranlaşdırılan mahnı "Olmamalıydı" adlanır ki, bunu yayımı yaxın zamanlarda "Kral"da nəzərdə tutulub.


İradə İbrahimova əvvəlki yaradıcılıq işləri ilə sonuncuları müqayisəyə gətirdikdə, fərq hiss olunduğunu diqqətə çatdırıb:


"Zamanla hər şey dəyişir. Fərqlilik hiss etdim. Hər dəfə müxtəlif insanlarla çalışmaq, onların fikrini öyrənmək müğənni üçün yenilik axtarmaq deməkdir. Nəticə mənim üçün yaxşı oldu. Artıq sənətimlə bağlı kimlərlə işləyə biləcəyimi müəyyən etdim".


İradə xanım xüsusilə vurğuladı ki, görülən işlər məhz Türkiyə üçün nəzərdə tutulmayıb. Bu ay ərzində Bakıya gəlməyi düşünən sənətçi yeniliklərini təqdim edəcək:


"Bütün işlərim xüsusilə Azərbaycandakı dinləyicim, tamaşaçım üçündür. Türkiydə çalışmalarım sənətimə bir rəng qatdı. Dinləyicim bəyənərsə, nə gözəl, deməli nəticə uğurludu" – deyən sənətçi bildirdi ki, Bakıda nəzərdə tutulan təqdimatı ancaq tele-kanalar vasitəsi ilə edəcək. Eyni zamanda eyni təqdimat Türkiyə telekanalları, radioları və mətbuatı üçün nəzərdə tututlub. Bu, çalışdığı heyətin sənətçimiz üçün nəzərdə tutduğu piyar kampaniyasıdır.