"Günahkardır qəlbimiz"

8 Oktyabr 2014 12:05 (UTC+04:00)

Müəyyən müddətdir sosial şəbəkələrdə ilk klipinin anonsu yayımlanan müğənni Hicran Selcan artıq peşəkar sənətə addımını atır. Müğənni tanınmış rejissor Rəhman Əliyevin yeni protejesi kimi təqdim olunur. Hicran xanımın ifa etdiyi "Günahkardır qəlbimiz" adlanan mahnısının sözləri və musiqisi jurnalist Azər Nəsibovun, aranjimanı Elvin Musayevə məxsusdur. İlk mahnısına çəkilən klipin rejissoru Rəhman Əliyevdir. Mahnı artıq radio dalğalarında səslənir. Eyni zamanda, klip də efirlərdə yayımlanmaqdadır. Rəhman Əliyev yeni protejesindən çox ümidlidir. Əminliklə bildirir ki, Hicran Selcan öz səsi və mahnısı ilə dinləyicilərin rəğbətini qazana biləcək. Müğənni hazırda yeni repertuar üzərində çalışır. Azər Nəsibovun müəllifi olduğu "Səninlə" adlı ritmik mahnı artıq repertuara daxil edilib. Hicran xanımın jurnalistlə işbirliyi bununla bitmir. Onlar hazırda "Sənə gəldim" adlı daha bir həzin mahnı üzərində çalışırlar. İlk klipi ilə yanaşı müğənninin ilk fotosessiyası da hazırdır. Rəhman Əliyevin ideyası ilə yay və payız fəslinin sintezini əks etdirən şəkillər həqiqətən maraqlı alınıb. Fotoların müəllifi Səiddir. Klipdə və fotosessiyada müğənninin stili və vizajı üzərində Gülşən xanım çalışıb. Qeyd edək ki, Hicran xanımın prodüsseri Səbuhi Arifdir. Həm yeni klipi, həm də fotosessiyanı diqqətinizə çatdırırıq.