Holland pendirinin içindən görün nə çıxdı

8 Oktyabr 2014 12:07 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısını alıblar. Movqe.az-a bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xəbərə görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 3 ünvanında yaşayan vətəndaş Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt  üzrə araşdırma aparılır.