İnsanlar McDonald’s məhsullarından narazıdır

8 Oktyabr 2014 12:23 (UTC+04:00)

McDonald’s-ın Yaponiyadakı filialının proqnozuna görə,  şirkət 2014-cü ildə 17 milyard yen (97 milyon sterlinq) zərər edib. Bu şirkətin son 11 ildəki ən böyük zərəridir.  Bu haqda Movqe.az xarici mediaya istinad edir. McDonald’s-ın Yaponiyadakı icraçı direktoru Sara Kazanovanın media brifinqdəki sözlərinə görə, insanlar məhsulların keyfiyyətindən narazılıq edir. Kazanova, işlərin qaydasına düşməsi üçün əllərindən gələni edəcəklərini sözlərinə əlavə edib. 

Xatırladaq ki, qida təhlükəsizliyi qorxusu ilin əvvəlində toyuq ətinin standartlara uyuğun olmadığının aşkarlanmasından sonra meydana gəlib.