10 rayonda qaz kəsiləcək

8 Oktyabr 2014 12:55 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  Movqe.az-a verilən məlumata görə, bu gün saat 12:00-dan 14:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağdaş, Xəzər, Sabunçu, İsmayıllı, Binəqədi və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.