Daha bir ölkə İŞİD-ə hücum edəcək

8 Oktyabr 2014 14:08 (UTC+04:00)

Kanadanın, terror təşkilatı İŞİD-ə qarşı davam edən əməliyyatlara qatılmasını nəzərdə tutan

Kanada Federal parlamentində bazar ertəsi günü başlayan və dünən gecə gec saatlara qədər davam edən müzakirələrdən sonra səsvermə keçirib. Səs vermədə , 134 xeyr ,157 bəli səsi qəbul edilib. 

Kanada Baş naziri Stephen Cozef Harper, "İŞİD, Şimali İraqda soyqırım edir. Biz də İraq xalqının ağrılarını yüngülləşdirmək üçün, ABŞ-ın öndərliyindəki bu hərəkata yardım edirik. Biz Kanada olaraq üzərimizə düşən vəzifəni edəcəyik " deyib.

Kanada, hava əməliyyatlarına, havada yanacaq hazırlaya bilən 1 ədəd CC-150 Polaris tanker təyyarəsi, 2 ədəd CP-140 Aurora müşahidə təyyarəsi, 1 ədəd xüsusi hava təyyarəsi, 6 ədəd CF-18 döyüş reaktivi və bütün bu təyyarələr üçün 600 nəfərlik ekipaj və dəstək personalı ilə qatılacaq.