ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyət müddəti bitib
18 İyul 2012 11:49 (UTC+04:00)
ABŞ-ın Gürcüstandakı səfiri Con
Bassın səlahiyyət müddəti sona çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına
görə, ölkə ilə vidalaşan səfir özünün "Facebook" səhifəsində
yazdığı məktubuna gürcü dilində "Mən Gürcüstanı sevirəm!" sözləri
ilə başlayıb və həyat yoldaşı ilə birlikdə Gürcüstanı tərk
etdiklərini söyləyib: "Holli ilə mən bu ölkəni tərk edirik. Lakin
biz əlvida demirik.
Gürcüstanda Amerika Birləşmiş Ştatlarını təmsil etmək şərəf və
ləyaqətdir. Dostlarımıza və bütün Gürcüstan vətəndaşlarına sülh və
öz gələcəklərini seçmək imkanı arzulayıram. İnanıram ki, gələcəkdə
Gürcüstanı işıqlı günlər gözləyir".
Qeyd edək ki, C. Bass 2009-cu ildən ABŞ-ın Gürcüstandakı səfiri
vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu ay başa
çatıb.