"Mənim şəxsi reytinqim verlişdən 2-3 dəfə çox idi" - verlişi bağlanan aparıcıdan iddia

8 Oktyabr 2014 14:00 (UTC+04:00)
"Space" kanalında yayımlanan, SOY prodakşına məxsus "Şou +"  verilşi yeni mövsümdən hələ də qayıtmamasının səbəbi məlum olub. Qısa zaman ərzində populyarlıq qazanan veriliş haqqında bir çox şaiələr dolaşsa da, məsələyə aydınlıq gətirilib. Belə ki , daha çox qalmaqallı efirləri ilə yaddaşlarda qalan verilişin aparıcısı Tural Ozan verilişin taleyi ilə bağlı Mövqe.az-a danışıb: "Bidiyiniz kimi verilişimiz qısa müddətdə populyarlıq qazandı, hər buraxlışımızda hansısa şoka səbəb olacaq qalmaqallar baş verirdi və həftənin gündəmini zəbt edirdi. Amma buna baxmayaraq müəyyən problemlər də var idi. Veriliş tətilə çıxmamışdan bir ay öncədən efirə mənsiz yəni , ümumiyyətlə aparıcısız çıxdı. Rəhbərliklə danışıb qərara aldıq ki, verliş bağlansın. Bunu ən çox özüm istəyirdim. Hər kəs Tural Ozannın qalmaqallı verilişi deyə yadda saxlayırdı verişilimizi. Açıq danışım, mənim şəxsi reytinqim verlişdən 2-3 dəfə çox idi. Düşündüm ki , artıq böyük, ağır çəkili layihələrə imza atmalıyam. Tamaşaçılarım hazır olsun , dünya çapında böyük layihələr gəlir çox yaxında. Kanal adı açıqlamıram, hələ ki, gözləsinlər".