Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti
olacaq.
Sabah Azərbaycanın bölgələrində arabir yağış yağacağı, bəzi
yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə
duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın
temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə, dağlarda gecə 0-5,
gündüz 6-11 dərəcə isti olacaq